
Əli Mirəliyev dahi sənətkarları "gey" adlandırmadığını bildirdi
Ötən gün müğənni Əli Mirəliyevin dahi sənətkarlarımız haqda mətbuata danışdığı sözlər sənət camiəsində böyük ajotaj yaradıb. Sənətçinin dediyinə görə, Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev vaxtilə "gey" olub.
Sənətçinin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri barədə səsləndirdiyi fikir mətbuatda, sosial şəbəklərdə ciddi tənqidlə qarşılanıb.
Məsələ ilə əlaqədar müğənni Əli Mirəliyev "Yeni Müsavat"a açıqlama verib. O, deyilənləri təkzib edib:
"Dünəndən bəri mənə gizli nömrələrdən zəng edib barəmdə pis söyüşlər səsləndirirlər. Bu gün səhər isə xeyli sayda jurnalist mənə zəng edib dahi sənətkarlımızı "gey" adlandırdığımı deyirlər. Mən kimə vermişəm bu barədə açıqlamanı?! Mən boyda adam Rəşid Behbudova gey deyərmi?! Bu necə ola bilər?
O jurnalistlər pul qazanmaq istəyib. Bu insanlar necə alçaq adamlardır. Hansısa jurnalist mənim sözlərimi fırladıb məni şantaj edir. Kimdirsə məni "vurmaq" istəyir.
Buna görə həmin jurnalisti məhkəməyə verməyəcəm, onu tapıb bilirəm nə edəcəm".
Qeyd edək ki, ötən gün BAKU.WS saytı Əli Mirəliyevin adından dahi sənətkarlarımız, eləcə də bir sıra tanınmışlar barəsində açıqlamasını yaymışdı:
"O vaxt gey olmaq gizli idi. Amma indiki aktyorlar, sənət adamları geyliklərini aşkar edirlər. Keçmişdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi. Lakin onlar bunu aşkar etmirdilər. Bəyəm onların pulları yox idi? İndiki müğənnilər şalvarı elə geyinirlər ki, şalvarın ayağı elə dar olur ki, axşam yatmağa gedəndə çıxartmaaları mümkün olmur. İndiki müğənni "kişi"lər saqqal saxlayır. Elə bilirlər ki müasirdirlər. Məsələn, Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın. Deyirəm ayə Nadir, kişisən, oranı-buranı niyə kəsdirirsən? Deyir neynəmişəm ki, bir tək burnumu kəsdirmişəm də. Sən nə gündəydin ala, xiyar satanlara oxşayırdın. İndi guya bir burnunu kəsdirmisən?. Hamınızda maviləşmə gedir, bəs bu qızlar necə olacaq? Bunları kim alacaq?". – deyə Əli Mirəliyev gileylənib.
Mediainfo.az