Nazpərinin bacısının avtomobilini əzən keçmiş nazirin qızı olub - FOTO

Nazpərinin bacısının avtomobilini əzən keçmiş nazirin qızı olub - FOTO

20 Oktyabr 2015 09:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Ferrari"nin sahibi bəlli oldu

Bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində ''Hyundai'' və ''Ferrari''markalı avtomobillərin toqquşmasını çoxları xatırlayır. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın "Hyundai" markalı avtomobili sərxoş vəziyyətdə olan xanım sürücünün idarə etdiyi 10 SN 009 dövlət nömrə nişanlı "Ferrari" ilə toquşmuşdu. Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçmışdı.
Həmin vaxt ''Ferrari''nin ilk olaraq dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayaraq bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğu xəbəri yayıldı.

Bu gün Criminal.az-a həmin ''Ferrari''nin sükanı arxasında olan xanımla bağlı maraqlı məlumat daxil olub. Bildirilir ki, ''Ferrari''nin sükanı arxasında olan xanım bir neçə gün əvvəl işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı olub. Qəza zamanı həmin əraziyə ''Niva'' markalı maşın gəlib, ''Ferrari''nin nömrələrini çıxarıb və qızı ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, qəzadan sonra Z.Dostəliyevanın ''Ferrari''nin sahibindən yeni avtomobil tələb etməsi deyilsə də, sonradan müğənni bunu təkzib etdi.

Bundan başqa, qəza törədən xanımın bacısının da eyni rəngdə 10 -- 009 nömrəli ''Porsche'' markalı avtomobili var. Hətta 009 seriyasının E.Mahmudovun nəzarətində olduğu deyilir. Onun xidməti avtomobili 10 AA 009, ailə maşınları isə 90 AA 009 nömrəli BMW 10 JU 009 nömrəli ''Mercedes S-class'' olub.

Mediainfo.az