İlhamə Quliyevanın keçmiş köməkçisi təcridxanada saxlanılır

İlhamə Quliyevanın keçmiş köməkçisi təcridxanada saxlanılır

20 Oktyabr 2015 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Keçmiş köməkçim Mehriban Bəylərqızı dünən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda idarənin təcridxanasında saxlanılır".

Bunu apa-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, M. Bəylərqızının işi oktyabrın 21-də məhkəməyə göndəriləcək: "Sabah mənim adamlarımla Mehriban Bəylərqızının üzləşdirilməsi olacaq, sonra qərar veriləcək".

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva köməkçisi Mehriban Bəylərqızının onun həyatına sui-qəsd hazırlayaraq öldürmək istədiyini iddia edir.

Mediainfo.az