ŞOK! Türkiyəli müğənni eyvandan düşərək dünyasını dəyişib

ŞOK! Türkiyəli müğənni eyvandan düşərək dünyasını dəyişib

19 Oktyabr 2015 10:08
Bəyəndim (0) Bəyənmədim (0)
Ankaralı Namiqin intiharmı etdiyi, ya qəza zamanı öldüyü araşdırılır

Türkiyədə "Ankaralı Namık" adıyla tanınan 39 yaşlı sənətçi Namiq Uğurlu yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib. Sənətçi ailəsi ilə birlikdə oturmaq üçün balkona çıxıb. Bu zaman balkondan yıxılıb. Müğənni xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Uğurlunun intihar etdiyi, yoxsa faciə nəticəsində həyatını itirdiyi bilinmir.

Qeyd edək ki, Namiq keçən ay həyat yoldaşı Nebahat Uğurlu ilə birgə avtomobil qəzasına düşmüşdü. Qəzadan sonra ifaçının onurğası əməliyyat olunmuşdu. O, müstəqil millət vəkili olaraq siyasətə atılmaq istəyirdi. Sənətçi eyni zamanda "Eczacıspor" klubunun prezident köməkçisi idi. (axar)

Allah rəhmət eləsin!

Mediainfo.az