Hollivuddan gizli agent çıxdı!

Hollivuddan gizli agent çıxdı!

20 İyul 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)
Ünlü prodüsser İsrail üçün işləyirmiş

Bir çox casusluq filmlərinə imza atan ulduz sonda özü əsl casus çıxdı! Populyar " "Mr. and Mrs. Smith" (Ancelina Coli, Bred Pit) filminin prodüsseri Arnon Milxan casus olduğunu açıqladı. Sən demə, o, bu illər ərzində İsrailin gizli xidməti olan "Mossad" üçün işləyibmiş. Meir Doron və Joseph Gelman tərəfindən qələmə alınan "Confidential: The Life of Secret Agent Turned Hollywood Tycoon Arnon Milchan" adlı avtobioqrafiya kitabında onun İsrailin nüvə proqramı üçün dəridən-qabıqdan çıxdığı qeyd olunur. Üstəlik, bundan hazırkı prezident Şimon Peresin də xəbəri olduğu bildirilir. Milxanın gizli agent olduğu daha öncə də ictimaiyyətə sızmışdı. Lakin o, bütün bunları yalanlamışdı. Ancaq kitabın müəllifləri ilə görüşü zamanı bəzi dəyişikliklər etsə də, bu iddia ilə bağlı ifadələrə toxunmayıb. Xəbərə görə, o, "Mossad"a öz istəyi ilə deyil, məcburən qatılıb. Arnon Milxanın "Mr. and Mrs. Smith", "Döyüş klubu", "Gecə-gündüz" kimi işləri var.

Həyatını filmlərinə bənzətdi.

Günel Həbib

O.M.