Anar Məmmədxanov keçmiş KVN-şiklər tərəfindən anılacaq

Anar Məmmədxanov keçmiş KVN-şiklər tərəfindən anılacaq

20 İyul 2011 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

"ŞHK"-nın keçmiş kapitanı, Milli Məclisin eks millət vəkili, gözəl insan, qayğıkeş ailə başçısı, həmçinin vətənini sevən azərbaycanlı Anar Məmmədxanov dostları tərəfindən bir daha anılacaq. "Bəli, belə bir fikir irəli sürmüşəm. Keçmiş KVN-şikləri bir araya gətirmək fikrim var. Tezliklə bir vaxtlar KVN-də çıxış edən dostlarımızı bir araya gətirəcəyəm. Dünyanın bir çox ölkələrinə üz tutmuş dostlarımızı Bakıya dəvət edəcəyəm. Sonra da keçmişdə Anarla bağlı xatirələrimizi bölüşəcəyik. Əlbəttə, bu, böyük layihə olacaq. Bunun üçün həm vaxt tələb olunur. Həm də ən əsası, maddiyyat! Görək başımıza nə gəlir", - deyən hazırkı "Parni iz Baku" komandasının rəhbəri Tahir İmanov A.Məmmədxanovun xatirəsinə həsr olunacaq böyük konsert proqramı hazırlamaq niyyətində olduğunu açıqladı. Bundan başqa, o, eks KVN-şiklərin xaricə maddi çətinlik ucbatından deyil, sadəcə olaraq, karyeralarını genişləndirmək məqsədilə üz tutduqlarını da əlavə etdi: "Bu, bizim üçün fəxrdir. Nəyi pisdir ki, Elçin Əzizov "Bolşoy Teatr"da solistdir və yaxud Timur Vaynşteynin adı Rusiyanın tanınmış telekanalında titrlarda gedir?! Onlar dövlətimizdən narazı getməyiblər. Əksinə, hökumətimiz onların qayğılarına necə lazımdır, elə də qalıb. Sadəcə olaraq, yenə də təkrarlayıram ki, onlar öz işlərini inkişaf etdirmək naminə buradan uzaqlaşıblar".

Heç nə unudulmur, heç kəs yaddan çıxmır.

Könül Aypara

O.M.