Teymur Əmrah tezliklə Bakıya qayıdacaq
"Tanıdım səni" verilişinin çəkilişləri ilə əlaqədar Gəncəyə yola düşmüş Teymur Əmrahın başına iş gəlib. Belə ki, eyni zamanda qohumlarını da ziyarət etmiş müğənninin qəflətən halı pisləşib. Sancılardan özünə gələ bilməyən Teymur təcili olaraq Gəncə Xəstəxanasına çatdırılıb. İlkin müayinədən sonra həkimlər onun mədəsində dərhal əməliyyat aparılmasının vacibliyini vurğulayıblar. Beləliklə, Teymur Əmrah əməliyyat olunub.
Hazırda əməkdar artistin səhhəti normaldır. Onun mobil telefonuna cavab verən dostlarından biri artıq bütün çətinliklərin geridə qaldığını bildirdi. Naməlum şəxs tezliklə T. Əmrahın Bakıya qayıdacağını da əlavə etdi.
Allah şəfa versin!
Könül Aypara
O.M.
Digər xəbərlər