Ancelina Colinin işıltısı...

Ancelina Colinin işıltısı...

20 İyul 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)
Ana, aktrisa, yoxsa?

Hollivudun ən cazibədar qadınlarından olan Ancelina Coli özünü başqa sferada sınamaq qərarına gəldi. "Oskar"lı aktrisanın ləl-cəvahirat kolleksiyası Beverli-Hillsdə sərgilənib. 6 uşaq, karyera və BMT-nin xoş məramlı elçisi... Şübhəsiz ki, aktrisa çox ciddi rejimli bir həyat yaşayır. Bred Pitə zaman ayırmaqda da çətinlik çəkir. Bütün bunlar bir yana, Ancelina Coli indi də yeni zinət əşyaları kolleksiyası ilə gündəmdədir. İlk dəfə sərgilənən kolleksiyadakı hər bir sənət əsəri onun zövqünü əks etdirir. "Style of Jolie" adlı markanın ləl-cəvahiratı ərsəyə gətirən isə zərgər Robert Prokopdur. Dəyərli daşlardan ibarət kolleksiyada almaz və brilliantlar diqqət çəkicidir.

Coli bu çoxsaylı missiyanın öhdəsindən gəlməyi asanlıqla bacarır.

Günel Həbib

O.M.