Deputatlığa namizəd Elza Seyidcahan hamını aldatdı

Deputatlığa namizəd Elza Seyidcahan hamını aldatdı

3 Oktyabr 2015 14:49
Bəyəndim (0) Bəyənmədim (0)
Şairə, müğənni, bəstəkarın qeyri adi bəyanatı nəyə xidmət edir?!

Respublikanın əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatıldığını elan edib. O, namizədliyini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürüb. Elza xanım sonuncu müsahibələrinin birində hamını təəccübləndirəcək açıqlama verib: "Mən iki gün ərzində 10050 imza toplamışam. Hesab edirsiniz ki, mən imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil".

Bu qeyri-adi, reallığı əks etdirməyən bəyanatı ilə bəstəkar müğənni yenidən gündəmə gəlməyi bacarıb. Ən azı ona görə ki, deputatlığa namizədin qeydə alınması üçün bu qədər səsə ehtiyac olmadığından bəlli sayda seçici blankı doldurulur. Belə ki, prosedura qaydalarına görə, oktyabrın 1-nə kimi qeydiyyata alınan namizədlərə maksimum 11 ədəd seçici blankı verilir. Bu blankların hər birinə 50 seçici haqda məlumat əlavə olunaraq imzalanır. Deməli, namizədin qeydə alınmasını cəmi 550 seçici dəstəkləmiş olur. Digər seçicilərin səslərini hesablamaq üçün isə əlavə blank verilmir.

Göründüyü kimi, Elza Seyidcahanın sonuncu bəyanatı şou xarakterli çıxışdan başqa bir şey deyil.

P.S. 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Mediainfo.az-a verilən məlumata görə, Elza xanımın namizədliyi hələ ki qeydə alınmayıb.

Hazırladı: Könül Aypara