Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

23 Sentyabr 2015 15:19
Bəyəndim (0) Bəyənmədim (0)
Tərtərdə törədilən qətlin bəzi təfərrüatları məlum olub

O, qaçırdığı qızı birinci həyat yoldaşı ilə yaşadığı evə gətiribmiş

Qətli törədən Fərid Zeynalovun əmisi Elçin Zeynalov Apa-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, ailəsi F. Zeynalovun nikahdan kənar qadınla yaşamasından dünən xəbər tutub: "Dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirdi. Məlum oldu ki, Fərid 3-4 aydır, bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanunu yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib".

Tərtər Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mediainfo.az