Nisə Qasımova: Mənim sağlam ifamı, əndrəbadi formaya salıb oxuyurlar və deyirlər ki, mən sənətkaram!”

Nisə Qasımova: Mənim sağlam ifamı, əndrəbadi formaya salıb oxuyurlar və deyirlər ki, mən sənətkaram!”

21 Sentyabr 2015 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

"43 il susmaq olmaz. Kim nə dedisə, susdum. Mənə psixoloji basqı oldu, susdum. Bir də ayıldım ki, mən susa-susa kim nə istədisə, etdi. Arxayınlaşdılar ki, Nisə danışan deyil. Nisə susandır. Nə qədər olar? Mənim sağlam ifamı, əndrəbadi formaya salıb oxuyurlar və deyirlər ki, mən sənətkaram!"

Bu sözləri xalq artisti Nisə Qasımova həmkarı, xalq artisti Brilliant Dadaşova haqqında deyib. ATV-yə müsahibə verən Nisə xanımı "cin atına mindirən" "Yalvarıram" mahnısı haqda Dadaşovanın fikirləri olub. Mahnının ilk ifaçısı Nisə xanım olsa da, Brilliant Dadaşova həmin mahnını illər sonra ifa edib. Bu günlərdə isə həmin mahnının yaranmasındakı əvəzsiz rolundan danışaraq Nisə xanımı özündən çıxarıb: "Mahnını Gülər bizim bağda bəstələyib. İlk ifaçısı mən olmasam da, mahnı mənim dəstəyimlə ərsəyə gəlib".

Bu sözlər Qasımovaya od qoyub: "Mən heç vaxt mahnı qıtlığı yaşamamışam. Brilliant Dadaşovanın oxuduğu mahnılar var ki, Faiq Sücəddinov ilk dəfə onları mənə təqdim edib. İndi mən də deyim ki, filan mahnının ilk ifaçısı mən olmuşam. Özü də evdə… İllər sonra isə mahnımı Samir Bağırovla Brilliant Dadaşova duet şəklində ifa etdi".

Nisə Qasımova Dadaşovanın 5 ildir Türkiyədə hazırlanan diskinə daxil olan "Mənim dünyam" adlı mahnının onun olduğunu bildirib: "Disk çıxartmısınız "Mənim dünyam" adında. İlk dəfə həmin mahnını mən ifa etmişəm. Oxuduğun mahnıda isə "Mənim dünyam"dan əsər-əlamət yoxdur. "Mənim dünyam" 1974-cü ildə yazılıb. Hətta istədim onun mahnılarından birini ifa edib ona göstərim ki, mahnını hansı emosiya ilə ifa edərlər". (publika)

Mediainfo.az