Cabbar Musayev oğunun toyuna qardaşı Musanı dəvət etmədi  - FOTO

Cabbar Musayev oğunun toyuna qardaşı Musanı dəvət etmədi - FOTO

10 Sentyabr 2015 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən şəhər restoranlarının birində tanınmış müğənni-bəstəkar Cabbar Musayevin oğlunun toyu olub. Təmtəraqlı toy məclisində şou-biznes nümayəndələri çoxluq təşkil edib.

Aparıcılıq missiyası əlbəttə ki, Cabbar müəllimin tərəf müqabili Könül Kərimovaya həvalə edilib.

Məclisə qatılanlar arasında xalq artisti Niyaməddin Musayev, Mətanət İsgəndərli, Günay İbrahimli, Elçin Hüseynov, Rəşad Kəsəmənli, Elçin Cəfərov, Nadir Bayramov, Ramal İsrafilov, Mətanət Əsədova və digərləri yaxından iştirak ediblər. Qonaqlar Fərhad və Təranəyə xoşbəxtlik arzulayıblar.

P.S. Vurğulayaq ki, Cabbar Musayev oğlunun toy məclisində qardaşı Musa Musayevi məlum səbəblərdən görmək istəməyib.

Mediainfo.az