Kıvanç Tatlıtuğ 5 avqustda həbs olunacaq!
Yeni mövsümdən etibarən yeni serial nəhəng heyəti ilə mavi ekranda!
"Kanal D" ekranlarında yeni sezondan etibarən start götürəcək "Güney-Kuzey"
serialının heyəti yavaş-yavaş toplanmağa başlanılıb. Baş rollarını Kıvanç
Tatlıtuğ, Buğra Gülsoy, Zerrin Tekindorun paylaşacağı layihədə, eləcə də Bade
İşçil, Öykü Karayel də rol alacaq. "Ay yapım" tərəfindən ərsəyə gətirilən
serialın çəkilişləri 5 avqustdan etibarən start götürəcək. Və "Güney-Kuzey"
həftənin cümə günləri ekranların qonağı olacaq.
Onu da xatırladaq ki, serialın 13-cü bölümündə Kıvanç - yəni Kuzey həbsxanada yatacaq. O, ömrünün 3 ayını orada keçirmiş birini ifa edəcək.
Hələ ki, Kvanç azadlığın dadını çıxarır. Özü də Bodrumun sahillərində sarışın gözəllərlə!
Günel Həbib
Digər xəbərlər