"Ezel" Yunanıstanı bir-birinə vurdu

"Ezel" Yunanıstanı bir-birinə vurdu

18 İyul 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Baş rollarını Kenan İmirzalıoğlu, Cansu Dere və Tuncel Kurtizin paylaşdığı "Ezel" serialı Yunanıstanı qarışdırdı. Serialın bəzi səhnələrinin Kiprdə (KKTC) çəkilməsi ölkədə yaşayan rum tələbələrini özündən çıxartdı. Onlar "Ezel"i yayımlayan "ANT1" kanalının önündə mitinq təşkil etdilər və onun yayından qaldırılmasını istədilər. Lakin izlənmə reytinqi gündən-günə artan serialı kanalın rəhbərliyi rədd etmədi. "Drasis" qrupu indi də kanalı məhkəməyə verdi. Köç etmək məcburiyyətində qalan rumlara sui-qəsd qurmaq, qeyri-qanuni qəbul edilən torpaqlardan çəkiliş aparmaq və yerlərindən edilən rumları alçaltmaqda günahlarından "ANT1"i hakim günahsız hesab edərsə, o zaman etirazçılar tərəfindən iş yüksək qurumlara həvalə olunacaq.

Onsuz da qalmaqalla başlayan "Ezel" serialı bitsə də, həyatda mübahisələr, qalmaqallar davam etməkdədir.

Günel Həbib