Eldarla Nigar adaşlarına baş çəkəcəklər

Eldarla Nigar adaşlarına baş çəkəcəklər

18 İyul 2011 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2011" mahnı yarışmasında birincilik əldə edilən gün - mayın 15-də qələbə münasibəti ilə Göyçayda və Zərdabda yeni doğulan körpələrə Eldar və Nigar adları qoyulmuşdu. Belə ki, Göyçay rayonunun Qarabaqqal kənd sakinləri Əliyev Tərlan və Əliyeva Cəmalənin qız övladlarına Nigar, Zərdab şəhər sakinləri Hüseynov Ruslan və Hüseynova Reyhanın oğlan paylarına isə Eldar adı verilmişdi.

"Eurovision-2011" mahnı müsabiqəsində ölkəmizə birincilik qazandırmış Eldar Qasımov və Nigar Camal gələn ay adaşlarına baş çəkməyə gedəcəklər. Onlar Göyçay və Zərdabda yaşayan Eldar və Nigarın ailələrinə baş çəkəcəklər.

Arzu edirik ki, yeni körpələr olan Eldarla Nigar da öz adaşları kimi hansısa yarışda Azərbaycanın bayrağını yüksəldəcəklər!

Könül Aypara

O.M.