Kemal Cenk İçten azərbaycanlı fotomodeldən ayrıldı - FOTO

Kemal Cenk İçten azərbaycanlı fotomodeldən ayrıldı - FOTO

4 Sentyabr 2015 10:31
Bəyəndim (0) Bəyənmədim (0)
"Sizlərdən xahiş edirəm, heç kim mənə şəxsi həyatımla bağlı sual verməsin"

Bir çox TV layihələrinin rəhbəri olan Kemal Cenk İçten Facebook şəbəkəsində həyat yoldaşından ayrılması ilə bağlı məlumat paylaşıb:

"Çox dəyərli dostlar! Artıq bu gündən sonra həyatıma yeniliklər və yeni bir səhifə açaraq davam edəcəyəm. Sizlərdən xahiş edirəm, heç kim mənə şəxsi həyatımla bağlı sual verməsin. 18 ay bərabər olduğum və canım qızım Mələk Nur İçtenin anası ilə yollarımızı ayırmalı olduq. Ona bərabər olduğumuz müddət ərzində yaşadığımız hər dəqiqə üçün çox təşəkkür edirəm. Allah yeni həyatında ona səadət, xoşbəxtik, can sağlığı və uzun ömür versin. Allaha əmanət olsun".

Xatırladaq ki, Kemal bəy azərbaycanlı fotomodel, aktrisa Minarə Allahverdiyeva ilə ailə həyatı qurmuşdu və onların bir qız övladları var.

Bu, nə Minarə xanımın, nə də Kemal bəyin ilk evliliyi deyildi.

Hazırladı: Şəlalə Nəriman