Cenifer Lopezin bu klipi iki ailəni dağıtdı

Cenifer Lopezin bu klipi iki ailəni dağıtdı

18 İyul 2011 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhurlar həmişəki kimi boşanırlar

Cenifer Lopezin son klipi olan "I'm Into You" iki xoşbəxt ailəni parçaladı. Çünki müğənni klipində rol alan kubalı Uilyam Leviyə vuruldu. Təxminən 7 ildir Mark Entoni ilə evli olan Lopez əkizləri Maks, Emmiyə rəğmən boşanma qərarı aldı. Ünlü cütlük bir müddətdir aralarından qara pişik keçdiyini söyləsə də, yalnız bu günlərdə o "qara pişiyin" kim olduğu aydınlaşdı.

Klipdə yaxınlaşan sevgililərdən ilk öncə Levi evliliyinə son qoydu. Meksikalı aktrisa Elizabet Qutierezlə evli olan aktyorun iki uşağı da var. Ancaq o, J. Lo-ya görə bu evliliyə son nöqtəsini qoydu. Sevgilisinin bu qərarından sonra müğənninin də payına boşanmaq düşdü.

Ulduzlar üçün həyat yoldaşlarını dəyişmək paltar dəyişmək kimi bir şeydir.

Günel Həbib

O.M.