Beyons kosmosa uçdu - ən azından səsi ilə...

Beyons kosmosa uçdu - ən azından səsi ilə...

18 İyul 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

"Nasa"nın kosmos proqramının son halqası olan "Atlantis" keçən həftə kosmosa atılarkən astronavtların yaxşı zaman keçirməsi üçün xoş sürprizlər hazırlandı. Astronavtlar keçən həftə məşhur müğənni Beyonsun, "Sabahınız xeyir, "Atlantis". Mən Beyonsam. Xəyallarımızın arxasından qaçmamıza ilham qaynağı olduğunuz üçün sizə təşəkkür edirəm", -mesajı ilə oyandı. "Atlantis" heyəti daha sonra dünya şöhrətlinin "Run The World" mahnısı altında rəqs etdi.

Ell-Nikinin "Running Scared" mahnısını səsləndirmədikləri üçün bu xəbəri həvəssiz qələmə aldım...

Günel Həbib

O.M.