
Dünyaca məşhur maniken Türkiyəyə gələcək
Mediainfo.az xəbər verir ki, "Victoria Secret" firmasının simalarından olan məşhur maniken Candice Svanepoel Türkiyəyə gələcək. O, "Dosso Dossi Fashion Show"nun 10 illik yubileyi münasibətilə keçiriləcək dəfiləyə qatılmaqdan ötrü dəvət alıb.
16-21 sentyabrda keçiriləcək moda şousunda Antalyaya təşrif buyuracaq Candice dəfilənin baş manikeni olaraq çıxış edəcək.
Cənubi Afrakadan olan bu gözəl model 15 yaşındaykən kəşf edilib. Və sürətlə irəliləyərək bütün dünyaya tanıdılıb. O, 2013-cü ildə "Victoria Secret"in ən dəyərli (10 milyon dollarlıq) geyimini nümayiş etdirməklə karyerasındakı məşhurluğa möhür vurmağı bacarıb.
Günel Həbib
Digər xəbərlər