ŞOK! Deniz Akkaya sevgilisi tərəfindən amansızcasına döyülüb!

ŞOK! Deniz Akkaya sevgilisi tərəfindən amansızcasına döyülüb!

2 Sentyabr 2015 10:45
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur maniken polisdən sığınacaq istədi

Mediainfo.az xəbər verir ki, Türkiyənin məşhur manikeni Deniz Akkaya polisə şikayət ərizəsi yazıb. O, sevgilisi Murat Varol tərəfindən işgəncələrə məruz qaldığını, amansızcasına döyüldüyünü qeyd edib və polis idarəsindən sığınacaq istəyib.

Xatırladaq ki, Deniz Akkaya bir müddət əvvəl Muratdan ayrılmış, cütlük yenidən barışaraq bir araya gəlmişdi. Amma göründüyü kimi, bu münasibət heç də uzun çəkmədi. Nəticədə gözəl model sevgilisi tərəfindən döyüldü.

P.S. Onu da xüsusi vurğulayaq ki, iş adamı Murat Varol həyatında olan qadınlara əl qaldırdığına görə məşhurlaşıb. O, bir vaxtlar həyat yoldaşı olmuş müğənni Gülşəni də döymüşdü. Elə bu səbəbdən onlar boşanmışdılar. Daha sonra Murat bəy sevgilisi olan bir başqa manikenə - Aysu Baceoğluna şiddət göstərdiyinə görə polisə verilmişdi.

Günel Həbib