Nadir Qafarzadəyə vəzifə verildi

Nadir Qafarzadəyə vəzifə verildi

26 Avqust 2015 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Nadir Qafarzadəyə vəzifə verilib.

Bu barədə musavat.com-a açıqlama verən ifaçı bildirib ki, o, Abşeron rayonu Qobu qəsəbəsinin mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunub:

"Bir neçə gün olar ki, direktor vəzifəsinə təyin olundum. Artıq vəzifəmin icrasına başlamışam. Qarşıda duran ilk planımda qəsəbə sakinlərinə konsert vermək var. Mənə göstərilən etimadı doğruldacam".

Mediainfo.az