Rəşad Dağlı böyük qalmaqala düşüb?

Rəşad Dağlı böyük qalmaqala düşüb?

15 İyul 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər gənc meyxanaçı Rəşad Dağlı haqda yenidən şayiələr yayılmaqdadır. İlk öncə həyat yoldaşından boşanması xəbərlərinə aydınlıq gətirdik. Məlum oldu ki, atalıq sevincini yaşayan Rəşad sən demə, həyat yoldaşı ilə birlikdə Türkiyədə dincəlməkdədir. İndi isə meyxanaçının toy məclislərinin birində böyük qalmaqala düşməsi xəbərləri gündəmə gəlib. Deyilənə görə, əks tərəf tanınmış meyxanaçılardan biridir. Bu məsələni də araşdırmaqdan ötrü Rəşadla olmasa da, prodüseri ilə əlaqə saxladıq. Mahir vəziyyətə belə aydınlıq gətirdi:

-Rəşad heç kimlə dalaşmayıb. Heç kimlə işi yoxdur. Başını aşağı salaraq, iş-gücü ilə məşğuldur. Bütün bu söz-söhbətləri onu gözü götürməyənlər yayırlar. Kimlikləri bəllidir. Elələrinin səviyyəsinə enmək istəməzdik.

Bundan əlavə, Rəşadın atası da prodüserin dediklərini təsdiqlədi. Beləcə, növbəti şayiənin qarşısını mümkün qədər ala bildik.

Meyxana söz döyüşüdür. Söz döyüşü əl döyüşündən daha maraqlı olur.

Könül Aypara

O.M.