"Kristal" qrupu toylara neçəyə gedir?

"Kristal" qrupu toylara neçəyə gedir?

15 İyul 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Kristal" qrupunun rəhbəri Mədinə xanım nədənsə dırnaqlarını həddindən artıq uzatmaqdadır. Doğrusu, bunu səbəbi hər kəsə maraqlıdır deyə, Mədinə xanımla əlaqə saxlamalı olduq. "Düzü, heç bir ciddi səbəbi yoxdur. Sadəcə olaraq, seçilməkdir. Hələ çox iş-filan görmürəm. Bundan sonra 2-3 santimetr də uzatmaq fikrindəyəm", - deyən rəhbər deyəsən, Ginnesin Rekordlar Kitabına düşməyi qarşısına məqsəd qoyub. O ki qaldı son vaxtlar şou-biznes nümayəndələrinin toy qiymətlərinə, Mədinə xanım bu barədə də saytımıza açıqlama verdi.

-Bilirsiniz, əvvəla mənim qızlarım hər toyda oxumur. Onları ovcumda saxlayıram. Kimin ixtiyarı var ki, onlara əyri gözlə baxsın. Hər üçünün namusunu mənimlə olana kimi mən çəkirəm. Kişi kimi qadınam. Heç kimdən, heç nədən qorxmuram. Mənimlə olan işbirliyindən sonra azaddırlar, o andan etibarən onların qeyrətlərini doğmaları - ataları, qardaşları çəksinlər. Toylara yarım saata 1000 manata gedirik. İmkansızları başa düşürük deyə, endirim edirik.

Könül Aypara

O.M.