Roza Zərgərli Türkiyə səfəri haqda danışdı

Roza Zərgərli Türkiyə səfəri haqda danışdı

15 İyul 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

İllərdir səhnədə fəaliyyət göstərməsinə baxmayaraq, məhz builki layihələri ilə tanınan Roza Zərgərli Türkiyəyə yola düşüb. Qonşu ölkəyə ezam olunmuş müxbirimiz Ruhlan Cəlilovla İstanbulda rastlaşan Roza gəlişinin səbəbini açıqlayıb. O, ilk öncə Türkiyədəki dost-tanışları ilə görüşüb, yaradıcılığında irəliləyişlər etmək istəyini bildirəcək. Buradakı planlarını həyata keçirdikdən sonra isə Türkiyənin Antalya şəhərində bir həftəlik dincələcək. Beləcə, yay istirahətini başa vurub, vətənə geri dönəcək. "İstanbulda konsert vermək fikrim var. Düzdür, hələ Bakıda konsert verməmişəm, amma risk etmək istəyirəm. Təşkilatçılarla söhbətlər gedir. Qərarlarını mənə açıqlayacaqlar. Çox güman ki, hər şey ürəyimcə olacaq" , - deyən R.Zərgərli deyəsən, həm ticarət, həm ziyarət məqsədini öndə tutur.

Gəzməyə qərib ölkə...

Könül Aypara

O.M.