Sevgi bitdi, yenisimi başladı?

Sevgi bitdi, yenisimi başladı?

14 İyul 2011 14:49
Bəyəndim (0) Bəyənmədim (0)
"Fatmagülün suçu ne?"nin baş rolçuları həyatda da bir araya gəldilər

Bir müddətdir davam edən Beren Saat-Levent Semerci münasibəti nöqtələndi! Aktrisa Berenlə rejissor Leventin sevgisi bitdi. İki ildir davam edən bu münasibətə cütlük səssiz-səmirsiz nöqtə qoydu. Ayrılıqdan sonra Levent bütün zamanını yeni filmi olan "Ayhan hanım"ın çəkiliş meydançasında keçirərkən, ünlü aktrisa "Fatmagülün suçu ne?"dəki rol həmkarı Engin Akyüreklə yaxalandı. Onları "Twitter" istifadəçisi ələ verdi. O, "Berenlə Engin hazırda bizim oteldədirlər", - deyə tvit yazdı.

Atalar demişkən, balığı at dəryaya, balıq bilməsə də, çatdıranlar olacaq...

Günel Həbib

O.M.