Tacir Şahmalıoğlunun qardaşının meyiti hələ axtarılır

Tacir Şahmalıoğlunun qardaşının meyiti hələ axtarılır

1 Avqust 2015 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışıları davam edir. Bu barədə aznews.az-a müğənninin özü məlumat verib.
Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb: "Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır".
T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: "Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq".
Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onu tapmaq hələlik mümkün olmayıb.

Mediainfo.az