Aygün Kazımova Natavan Həbibi ilə bağlı təkzib yazdı!
Dünən xalq artisti Aygün Kazımova həmkarı Natavan Həbibini "erməni" adlandırdığına görə İnstaqram səhifəsində təkzib verib.
"Mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək, Natavan Həbibi barədə dediyimi təkzib edirəm".
Qeyd edək ki, bu iki müğənni arasındakı məhkəmə prosesi Natavan Həbibinin xeyrinə bitmişdi. Xalq artisti "Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair" iddiaya əsasən çıxarılan qətnaməni qəbul etməyərək apelyasiya şikayəti versə də, məhkəmə qərarı dəyişməmişdi.
Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə görə Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməli idi.
Mediainfo.az





































.jpg)





































.jpg)


















