Manaf oğlunu evləndirir

Manaf oğlunu evləndirir

29 İyul 2015 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Toylar kralı" müğənni Manaf Ağayev oğlu subaylığın daşını atır. Bu barədə ifaçının özü "Star life" verilişində xəbər verib. O bildirib ki, yaxın günlərdə oğlunun toyu olacaq: "Oğlum ailə qurmağa hazırlaşır. Yaxın günlərdə toyunu edəcəm. Amma hələ "hə"si olmayıb. Ailə quracağı xanımı da özü seçib. Qohumlarda olan subay qızlardan kimi məsləhət bildiksə razı olmadı. Dedim "o bacımdır". Bu da onun seçimidir".

Qeyd edək ki, M.Ağayev qızına ötən ay toy edib.

Mediainfo.az