Gənc müğənnimiz beynəlxalq müsabiqədə çıxış edib

Gənc müğənnimiz beynəlxalq müsabiqədə çıxış edib

24 İyul 2015 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə ikinci "Meykin-Asiya" beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib. Festivalda 19 ölkədən gəlmiş iştirakçılar öz istedadlarını nümayiş etdiriblər. Azərbaycanı bu yarışda təmsil edən müğənni Yaşar Yusub 12-ci nömrə altında "Yanındayam" mahnısını ifa edib.

Festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri ilə yanaşı, azərbaycanlı müğənni Roza Zərgərli də yer alıb.
Festivalın açılış mərasimində Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev və digər mədəniyyət xadimləri iştirak edib.
Qeyd edək ki, azərbaycanlı iştirakçı Y.Yusubun müsabiqədə neçənci yerə çıxması sabah məlum olacaq.

Mediainfo.az