Şou yazarımız Şəlalə Nəriman diplomla təltif olundu - FOTO

Şou yazarımız Şəlalə Nəriman diplomla təltif olundu - FOTO

22 İyul 2015 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün "Zümrüd-M" production Milli Mətbuatın 140 illiyi münasibətilə möhtəşəm tədbir kecirdi. Tədbirdə mətbuat işçiləri, jurnalistlər, televiziya aparıcıları, müxbirlər, "Fəxri diplom" və hədiyyələrlə mükafatlandırılıblar. Yubiley gecəsinə incəsənət nümayəndələri də qatılıblar. Müğənnilər KİV nümayəndələrini musiqiləri ilə təbrik ediblər. Məclis gözəl və maraqlı anlarla yadda qalıb.

P.S. "Oxu Məni" qəzetinin və Mediainfo.az saytının şöbə müdiri Şəlalə Nəriman da jurnalistikada göstərdiyi fəaliyyətinə görə diplomla təltif olunub. Həmkarlarımızı təbrik edirik! Yeri gəlmişkən, gecənin təşkilatçısı Zümrüd Güləliqızına da çəkdiyi əziyyətə görə minnətdarlığımızı bildiririk.

Hazırladı: Könül Aypara