Populyar "Black Eyed Peas" qrupu dağıldı

Populyar "Black Eyed Peas" qrupu dağıldı

12 İyul 2011 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Onların son konsertləri 14 iyulda olacaq

Amerikanın dünyaca ünlü olan "Black Eyed Peas" qrupu dağılır. "Alton Towers" konserti öncəsi qrupun solisti Ferci heyranlarına səslənərək, "Bu çox özəl bir konsert olacaq və uzun müddət bizləri səhnədə görməyəcəksiniz. Sizləri çox sevirik və yanımızda olduğunuz üçün təşəkkür edirik", - deyib. Ferci qrupun 2005-2009-cu illərdə kimi uzun müddət bir araya gəlməyəcəklərini də sözlərinə əlavə edib. Qrupun digər üzvü olan Will.i.am "Twitter"də bunu təsdiqləyib. "Black Eyed Peas"çilər oxumaqdan deyil, birlikdə oxumaqdan vaz keçdiklərini açıqlayıblar. Onların son konsertləri 14 iyulda "Madrid Vicente Calderon" stadionunda reallaşacaq.

"Black Eyed Peas"in qabağından "black" pişik keçdi.

Günel Həbib

O.M.