"Taksi" filminin ulduzu türmədə boğazını kəsmək istəyib

"Taksi" filminin ulduzu türmədə boğazını kəsmək istəyib

12 İyul 2011 11:22
Bəyəndim (0) Bəyənmədim (0)
Onu hospitalın psixi bölməsinə yerləşdiriblər

Məşhur fransız aktyoru, "Taksi" filmlərinin baş rol ifaçısı Sami Naseri intihara təşəbbüs göstərib. Belə ki, 31 maydan etibarən ölkənin Qrassa şəhərindəki həbsxanaya salınan aktyor hələ həyatının 16 ayını dəmir barmaqlıqlar arasında keçirtmək məcburiyyətində qalacaq. Çünki o, 2009-cu ildə bıçaqla xəsarət yetirməkdə günahlandırılır. Saminin rəfiqəsi Odrinin sözlərinə görə, dünya şöhrətli aktyor həbsxanada boğazını kəsmək istəyib. Olaya müdaxilə edən işçilər dərhal onu hospitala çatdırıblar. Hansı ki, burada da onu psixi bölməyə yerləşdiriblər. Odri əlavə edib: "Türmə həyatı çox çətin, dözülməzdir". Aktyorun vəkili isə bildirib ki, Sami keçirdiyi böyrək əməliyyatına görə hospitala yerləşdirilib. Onu da qeyd etməyi unutmayaq ki, "Taksi" filmlərinin sürücüsü olan Sami Naserinin bu, ilk və son "işi" deyil. Hər il addımbaaddım arxaya doğru irəliləsək, görərik ki, qəhrəmanımız bir yox, bir neçə dəfə polis bölmələrinin (adam vurma, avtomobil əzmə, sürücülük vəsiqəsi olmadan sükan arxasına oturma, bıçaqlama və s.), məhkəmələrin qonağı olub. Onların hər birindən yalnız pul ödəməklə sərbəst buraxılan Saminin işinə bu dəfə pul yaramayıb. Ona görə də hələ 16 ay onun üzünə ekranlar həsrət qalacaqlar.

Kinoda polisdən yayınmağı bacarsa da, həyatda bacarmadı.

Günel Həbib

O.M.