Şahzadə xanımla tanış olmaq üçün 4 min dollar ödədilər

Şahzadə xanımla tanış olmaq üçün 4 min dollar ödədilər

11 İyul 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)
Hollivudun ulduzları bu gecədə par-par parıldadılar

Kanada ziyarətləri tamamlandıqdan sonra 3 günlüyə Los-Ancelesə səfər edən Uilyam-Keyt cütlüyünün başına ulduzlar yığışdı. Onlar qısa adı "BAFTA" olan ingilis Film və Televiziya Sənətləri Akademiyasının gecəsində iştirak etdilər. İngilis film dünyasının xüsusilə gənc istedadlarını üzə çıxarma məqsədi ilə düzənlənən "Brits to Watch" adlı gecəni Belasco adlı teatr keçirdi. Dəvətnaməsi 4 min dollar olan gecəyə Hollivud ulduzlarından Tom Hanks, Nikol Kidman, Bleyk Livli, Cennifer Qarner ve müğənnilərdən Cennifer Lopez ve Barbra Streisand da təşrif buyurmuşdu. İngilis rəsmiləri ilə tanış olmaq üçün gecəyə qatılanlar həmişə olduğu kimi şuxluqları ilə bir-birilə yarışdılar. Cennifer Lopez "Emilio Gucci", Nikol Kidman ise "Elie Saab" imzalı paltarla kameralar önünə keçdilər. Keyt isə gəlinliyində olduğu kimi, bu dəfə də seçimini " Alexander McQueen"ə etibar etdi.

Yerdə o qədər ulduz var ki, göydəkilər adını dəyişib planet qoyacaqlar...

Günel Həbib

O.M.