Cazibədar müğənni məmur oğlu ilə ailə qurur
Müğənni Afaq Aslan ikinci dəfə ailə qurur. Mediainfo.az-a açıqlama verən ifaçı bildirib ki, o, məmur oğlu ilə nikah masasına oturacaq: "Bu günə qədər bir çox evlilik təklifi almışam. Amma həmin təkliflərə ciddi yanaşmamışam. Hər bir qadın kimi mən də xoşbəxt ailəyə arzulamışam. Amma bəzən həyatda hər şey insanın istədiyi kimi olmur. Mənim ilk evliliyim uğursuz oldu. Boşanandan sonra yenidən ailə qurmaq barədə fikirləşmirdim. Bütün diqqətimi ifaçılıq fəaliyyətimə yönəltmişdim. Lakin daha sonra fikrimdən daşındım. Çünki Allah-tala arzu etdiyim, xəyalını qurduğum insanı qarşıma çıxartdı. Ailə qurduğum şəxsin adını açıqlamaq istəmirəm. Çünki o və onun ailəsi adlarının mətbuatda hallanmasını istəmir. Bircə onu deyə bilərəm ki, o, məmur oğludur. Onun valideynləri də mənə dəstək olur. Artıq biz dini kəbinimizi də kəsdirmişik. Yaxın zamanda toy olacaq. Toyumuz da fərqli məkanda olacaq. Artıq toy hazırlıqlarına başlamışıq. Onu da deyim ki, toy mediaya qapalı olacaq".
Qeyd edək ki, 2010-ci ildə ilk dəfə ailə quran A.Aslan 2011-ci ildə rəsmən boşanıb.
Mediainfo.az





































.jpg)





































.jpg)


















