Rəhbərlərin qadınlarını geyindirən kişi

Rəhbərlərin qadınlarını geyindirən kişi

8 İyul 2011 12:34
Bəyəndim (0) Bəyənmədim (0)
Keyt Midleton, Samaza Kameron, Sara Braun...

Uilyamın həyat yoldaşı Keyt Midletonun Kanada səfərində geyindiyi paltarlar əksəriyyətin zövqünü oxşadı. Sən demə, bu paltarları ərsəyə gətirən bir türk oğlu imiş! Söhbət Erdem Moralıoğludan gedir. Hansı ki, ingilis BBC kanalı onun haqda veriliş hazırlayaraq, onun həyatı ilə izləyiciləri qısa da olsa tanış edib. Atası türk, anası isə kanadalı olan Erdem Keytdən başqa baş nazir Devid Kameronun xanımı Samaza, sabiq baş nazir Qordon Braunun xanımı Sara ilə də işbirliyi qurub. Xatırladaq ki, Erdem Kanadada - Quebekdə doğulub, Londondakı "Royal College of Art"da təhsil alıb.

Onlara paltar tikməyə nə var ki? Bir metr parçadan yubka-kofta tikirsən, vəssalam...

Günel Həbib

O.M.