Telli Orucqızı-Elvin Abdullayev: "Adına şeir yazıram" - VİDEO

Telli Orucqızı-Elvin Abdullayev: "Adına şeir yazıram" - VİDEO

11 İyun 2015 14:18
Bəyəndim (0) Bəyənmədim (0)
Yayın hiti gəldi!

Gənc şairə Telli Orucqızının müğənni-bəstəkar Elvin Abdullayevlə iş birliyi davam edir. Bir neçə hit mahnılar üzərində zəhməti olan cütlüyün daha bir layihəsi tamaşaçıların ixtiyarına verildi. Belə ki, Tellinin "Adına şeir yazıram" adlı şeirinə yeni mahnı bəstələyən Elvin bu işini yayın hiti adlandırıb. Onu da əlavə edək ki, ərsəyə gətirdiyi "məhsul" gənc müğənninin o qədər xoşuna gəlib ki, mahnını məhz özü ifa etmək qərarına gəlib:

"Çox iddialı mahnıdır. Seviləcəyinə inanıram. Bu bəstəyə klip də çəkdirəcəm. Amma ekran işini payızda təqdim etməyi planlaşdırmışam".

Telli Orucqızı da mahnının seviləcəyinə arxayındır:

"Elvin işinin peşəkarıdır. O, şeirlərimdə nəyi tərənnüm etdiyimi sanki hiss edir və eynən o ritmdə də mahnı yazmağı bacarır. İş birliyimizin uğurlu və davamlı olmasını arzulayıyam!"

Hazırladı: Könül Aypara