Ancelina və Bred altı uşaqla bərabər Parisə qollanıblar - FOTO

Ancelina və Bred altı uşaqla bərabər Parisə qollanıblar - FOTO

10 İyun 2015 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, tanınmış cütlük Ancelina Coli və Bred Pit səfərə çıxıb. Altı uşaq atası olan məşhurlar Los Ancelesdən Fransaya yola düşüblər. Hər zaman sadəliyi ilə seçilən 40 yaşlı Ancelina və 51 yaşlı Bred şəxsi təyyarə ilə deyil, sıradan olan sərnişinlərlə eyni təyyarədə yola düzəliblər. Onu da əlavə edək ki, cütlüklə bərabər uşaqları - 10 yaşlı Zəhra, 13 yaşlı Meddoks, 11 yaşlı Paks, əkizləri Noks və Vivyen, 9 yaşlı Şaylo da Parisə yollanıblar.

Ancelina və Bred Pit "Dəniz qırağında" filminin çəkilişlərini başa vurublar. Film 2015-ci ilin 13 noyabrında nümayiş olunacaq.

Günel Həbib