SON DƏQİQƏ! Dünyaşöhrətli aktrisa Bakıya gəlir

SON DƏQİQƏ! Dünyaşöhrətli aktrisa Bakıya gəlir

10 İyun 2015 14:14
Bəyəndim (0) Bəyənmədim (0)
Ornella Muti xalça muzeyinə baş çəkəcək

Bir neçə dəqiqə öncə əldə etdiyimiz məlumata görə, əvvəlcə İtaliya, daha sonra Dünya gözəli seçilmiş, dünyaşöhrətli aktrisa Ornella Muti Azərbaycana təşrif buyurur.

Ornella Muti Bakının xalça muzeyini xüsusilə seyr etmək niyyətindədir.

Haşiyə:

Ornella Mutinin əsl adı Françeska Romana Rovellidir. Atası italiyalı, anası estoniyalı olan gözəl aktrisa 1955-ci ilin 9 martında Romada dünyaya gəlib. İlk çörək pulu onun gözəl bədəni olub. Rəssamlıq məktəbinin tələbələri qarşısında çılpaq pozalar verib. "Dəlicəsinə aşiq olmuş" italyan ruhlu romantik komediyası ilə kinosevərlərin sevimlisinə çevrilib. Aktrisa filmdən sonra tərəf müqabili Adriano Çelentano ilə eşq yaşayıb.

P.S. Ornella Muti 2013-cü ildə də Bakıda olub. Həmin ərəfədə o, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşüb.

Onu da əlavə edək ki, Mutidən öncə Cofre Osseyn də Bakıdakı xalça muzeyində olub.

Hazırladı: Könül Aypara