Əri Maykl Ceksonun bacısını pulla satmaq istəyib

Əri Maykl Ceksonun bacısını pulla satmaq istəyib

7 İyul 2011 15:15
Bəyəndim (0) Bəyənmədim (0)
La Toya Ceksondan bomba kimi etiraflar

Pop kralının bacısı La Toya Cekson keçmiş ərinin onu boks üzrə dünya çempionu Mayk Taysona 100 min dollara satmaq istədiyini etiraf edib. Maykl Ceksonun bacısı şokedici açıqlamasını avtobioqrafiyasını tanıtmaq üçün iştirak etdiyi "The Talk" adlı proqramda edib. Cekson ailəsinin 55 yaşlı xanım üzvü 2005-ci ildə ölən meneceri, keçmiş əri Cek Qordonun onu döydüyünü və öldürməklə təhdid etdiyini bildirib: "Bir dəfə qrup şəklindəki seksə və iki dəfə də "Playboy"a üz qapağı olmağım üçün məni təhrik edib".

Öz aramızdır, xarici şou-biznes də şor-biznes olub...

Günel Həbib

O.M.