Xatirə İslam və DJ Çina arasında qalmaqal yaranıb
ANS-də yayımlanan "Günə baxan" verilişində müğənni Xatirə İslamla DJ Çina arasında gərgin anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, X.İslam qarşı tərəfi onun haqqında xoşagəlməz sözlər danışmaqda ittiham edib:
"Mənim haqqımda demisən ki, belə biabırçılıq ola bilməz. Ona haqqımda danışmaq ixtiyarı vermirəm. Bizim münasibətimiz yoxdur, məni tanımır. Səhv edib mənlə bağlı fikir bildirib. Sən "M Group"un işçisisən. Çinaya "Maşın" şoudakı hansısa bir iştirakçı haqqında fikir demək qadağandır. Bunu Murad Dadaşov bilsə, başa salar ki, olmaz. Sən mövqe bildirə bilməzsən".
Çina isə müğənni haqqında heç vaxt fikir bildirmədiyini deyib:
"Günə baxan"ın həm siması, həm də işçisiyəm. Burada nəyi deyib-deməyəcəyimə yalnız rəhbərlik qadağa qoya bilər. Mənə hədə-qorxu gəlməyə ehtiyac yoxdur. Tamaşaçı kimi şou ilə bağlı öz fikrimi bildirmişəm. Xatirə İslam adı çəkməmişəm. Yanlış məlumat almısınız. Mənim kanalıma hörmətim var. Murad Dadaşov mənim böyüyümdür. Siz isə xanımsınız, haqqınızda danışmaram".
Mediainfo.az





































.jpg)





































.jpg)


















