Rəşad Dağlı həkim nəzarətindədir

Rəşad Dağlı həkim nəzarətindədir

1 İyun 2015 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
"Halal edin"

Mediainfo.az xəbər verir ki, Gənc meyxana ustadı, "Maşın" realiti şousunun favorit iştirakçılarından biri, sözügedən şounun ikincisi olmuş Rəşad Dağlı haqda yeniliyimiz var. Əldə etdiyimiz məlumata görə, Rəşadın oyun zamanı şişmiş ayaqları hələ də həkim nəzarətindədir:

- Kənardan asan görünür. Amma siqaret çəkən, susuz qala bilməyən və s. kimi qadağalarla üz-üzə gələ bilməyən birisi üçün qalib olmaq çox çətindir. Sizin sayt vasitəsilə bir daha tamaşaçılarıma, mənə səs göndərən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Halal edin. Böyüklərin əllərindən, kiçiklərin üzündən öpürəm. Oyun zamanı doğmalarım, əsasən də oğlum Vaqif üçün çox darışmışdım.

- Nə kimi yeniliklər gözlənilir?

- Ayaqlarım düzəlsin, qəzəllərim, şeirlərimi bəstəkarlara təqdim edəcəyəm. Çox təkliflər almışam. Üzərində işləyirəm. Yeri gəlmişkən, Azərbaycanda bir nömrəli şou-men olan Murad Dadaşova meyxanaçılar arasında məhz məni "Maşın-şou"ya dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Xatirə İslamı təbrik edirəm bir daha. Hamıya bol-bol uğurlar, özümdə içərisində olmaqla.

Hazırladı: Könül Aypara