İlhamə Quliyeva: "Məndən "arenda" pulu almasınlar!"

İlhamə Quliyeva: "Məndən "arenda" pulu almasınlar!"

7 İyul 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)
Aqil.M.Quliyev jurnalisti güllələmək istədi


ATV-də yayımlanan "Gün keçdi" verilişində yenə də səs-küyə səbəb olan maraqlı nüanslar baş verdi. "Səhnədə performans" mövzusu ilə əlaqədar xalq artisti İlhamə Quliyeva da canlı telefon bağlantısına qoşuldu. "Mədəniyyət Nazirindən, eləcə də Heydər Əliyev adına sarayın rəhbəri Fərhad müəllimdən xahiş edirəm ki, tanınmış sənətçilərdən, əsasən də məndən "arenda" pulu almasınlar. Şəxsən mənim o qədər pulu Sarayın rəhbərliyinə təqdim etməyə imkanım yoxdur!" - deyən İlhamə xanım bəzi sənətçilərə də söz atmağı unutmadı: "Səhnədə çarpayıda uzanmaq lazım deyil və ya elələri də var ki, hər kəsdən dönə-dönə üzr istəyirəm, sinəsi açıq paltardan döşü çölə çıxır. Bu biabırçılıqdır. Bəzən qısa geyimdə olan müğənnilərin oturmasını istəmirəm, qorxuram ki, otursa, alt paltarına kimi görünəcək".

Sözün açığı, bütün bu eyhamların əslində kimə və ya kimlərə ünvanlanması açıq-aydın bəllidir. Çarpayıda uzanan Aygün Kazımovadır. Digər atmacaları isə çoxlarına aid etmək olar.

Verilişin qonaqlarından olan jurnalist Vüqarla Faiq Ağayev arasında çəkişmə proqram boyu hiss olunurdu. Ağlına, savadına güvənən xalq artisti F.A. veriliş boyu hər vasitə ilə qarşı tərəfi susdurmağa çalışdı və etiraf edək ki, buna nail ola bildi.

Rejissor Aqil M.Quliyev də Faiqə havadar çıxaraq, sonda jurnalisti "güllələmək" istədi. "Mənim əlimdə silah olsaydı, Vüqar kimiləri güllələyərdim", - deyərək onu inamsızlıqda suçladı.

Şou biznes o qədər çalxalanıb ki, qatığı, qaymağı, yağı bir-birindən ayrılıb. Biz sözlə, şoru çıxıb...

Könül Aypara

O.M.