Maşını Xatirə İslam apardı

Maşını Xatirə İslam apardı

29 May 2015 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 9-dan ANS telekanalında başlayan, əməkdar artist Murad Dadaşovun rəhbəri olduğu yarışmanın "Maşın" realiti-şousuna dünən yekun vuruldu. Finala qalan Rə.ad Dağlı, samir Cavadzadə ilə mübarizə aparan Xatirə İslam elə maşının özünü də apardı.

Finalçılar maşın ətrafında 47 saat yatmadan dayanıblar. Əlini avtomobildən birinci Samir Cavadzadə çəkib. Bundan sonra iştirakçılar həkim müayinəsindən keçib. Müayinə Rəşad Dağlının səhhətinin pis olduğunu müəyyən edib. Belə ki, onda yüksək təzyiq, ayaqlarında şişkinlik, böyrəklərində müəyyən problemlər aşkarlanıb. Nəticədə avtomobil Xatirəyə qalıb.

Xatırladaq ki , "Maşın" realiti şouda 18 nəfər iştirak edib. Bunlar xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Niyam Salami, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyev olub.

Mediainfo.az