İlkin Həsəni ANS-ə müharibə elan etdi  - VİDEO

İlkin Həsəni ANS-ə müharibə elan etdi - VİDEO

22 May 2015 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
İki telekanal arasındakı biabırçılıq davam edir!

ATV-nin aparıcısı İlkin Həsəni ANS telekanalının həmkarı Mətanət Əliverdiyeva haqda hazırladığı tənqidi süjeti qınayıb. Aparıcı sözügedən telekanalın ünvanına təhqirlər yazıb:

"14 ildir telekanalda işləyirəm. Bu müddət ərzində çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm telekanal adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi. Hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz. Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz. Yaxşı, olsun". (axsam)

Mediainfo.az