Britaniya şahzadəsinin yeni sevgilisi ortaya çıxdı
Bir müddət bundan öncə İngiltərə şahzadəsi Harri ürəyinin boş olduğunu və vaxtının çoxunu işinə sərf etdiyini bildirmişdi. Bu barədə 100 faiz təminat verən şahzadə haqda yeni xəbərimiz var. Odur ki, gözünüz bizdə olsun.
Sən demə, Harri model Florens Brodenel-Bryusla birlikdədir. 26 yaşlı şahzadə ilə 25 yaşlı sevgilisi - hansı ki, Bristol Universitetində təhsil almış, "Adidas", "John Lewis" kimi markaların üzü olmuşdur, artıq uzun müddətdir ki, tanışdırlar. Hətta Harri qızın Nottinq Hildəki (yeri gəlmişkən, bu ev 2.5 milyon funt-sterlinq dəyərindədir) evində də qonaq qismində olub. Xanım model şahzadə ilə bağlı jurnalistlərin suallarını isə "çıxan xəbərlər yalandır", - deyə cavablandırır.
Başqalarını bilmirəm, mənim xəbərim yalan ola bilməz.
Günel Həbib
O.M.