Rob Şnayder avtomobil qəzasında öldü

Rob Şnayder avtomobil qəzasında öldü

6 İyul 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Heyranlarını məyus edən xəbər ortalığı qarışdırdı

Bir neçə Avstraliya portalında məşhur Hollivud aktyorunun vəfatı ilə bağlı xəbərlər yer alıb. Məlumata görə, "Sifariş olunan kişi" və "Heyvanlar" filminin vazkeçilməz üzü Rob Şnayder vəfat edib. O, Kvinslend şəhərində avto qəzaya uğrayıb və hadisə yerindəcə keçinib. Mərhumun kimliyi isə üzərindəki şəxsiyyət vəsiqəsi ilə ortaya çıxıb. Bu xəbər Hollivud ulduzunun heyranlarını çox məyus etdiyindən qısa müddətdən sonra vəziyyətə aydınlıq gətirildi. Məlum oldu ki, Rob sağ-salamatdır və öz "ölümü" ilə bağlı heç nə bilmir. Fiziki cəhətdən də ulduz qəza zamanı hadisə yerində ola bilməzdi. Çünki həmin dəqiqələrdə o, Atlantın populyar klublarının birində tele-şouda iştirak edirdi. Fikri yayınmamaqdan ötrü mobil telefonunu söndürən aktyor bununla haqqında çıxan xəbərə daha çox qüvvət verib. Mobil telefonunu açdıqda isə Rob məcburiyyət qarşısında qalaraq, hər gələn zəngə cavab verməli və hər kəsi sakitləşdirməli olub.

Ölüm xəbərinə də fatihə verildi...

Günel Həbib

O.M.