Tolik "Maşın-şou"nun sonuncu buraxılışından danışdı

Tolik "Maşın-şou"nun sonuncu buraxılışından danışdı

12 May 2015 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Prodüsser Natavan Həbibini yıxıb-sürüdü!

Prodüser Tolik əməkdar artist Mehriban Xanlarovanın səs toplayaraq xalq artisti Aygün Kazımovanı "Maşın" şoudan uzaqlaşdırmasına münasibət bildirib. O, bu işdə müğənni Natavan Həbibinin əli olduğunu vurğulayıb:

"Mənə boş-boş yazmayın ki, niyə Aygün Kazımova üçün səs istəməmisən? Nə olsun ki, onun prodüseriyəm? Gərək o yarışmaya getməyəydi. Aygün xanımın nə o maşına, nə də verilişə ehtiyacı yox idi. Dostunun sözünü yerə salmamaq üçün ora qatıldı. İndi bəziləri və onun sevgilisi otaqda oturub gülürlər. Amma başa düşmürlər ki, Aygün sınmaz qaladır. Başqaları sevinsələr də, Aygün elə Aygündür. Ən azından o, verilişdə SMS-ə uduzub. Onu da ki, xalq verməyib. İnsanların işi-gücü qurtarıb verilişə səs göndərsin. Hamısı kiminsə sevgilisi, dostu və ya tanışıdır. Natavan Həbibi səhifəsində bayram edib. Ay yazıq, həyatını qaraltmışam. Məhkəmədə məni udsan da, səndən üzr istəsəm də, əsas odur yollarını bağlamışam. Yazıq evdə oturmusan, nə toyun var, nə də tədbirin. İndi get yat, görək necə yatırsan. Düzdür, səni yenə gündəmə gətirdim, amma nə edim... Aygünü heç olmasa ayda on dəfə xalqın toylarında görmək olur. Ay yazıq, sən otaqda çürümüsən, hansı gününə sevinirsən?" (axsam)

Mediainfo.az