Nura Surinin oğulları birincilik əldə etdilər
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92 illik yubileyi ilə əlaqədar bir çox region və ölkələrdə müxtəlif tədbirlər keçirilməkdədir. Onlardan biri də Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Ciu-Citsu üzrə keçirdiyi yarışdır. Hansı ki, bu yarış da H.Əliyevin 92 illiyinə həsr olunub.
Mediainfo.az xəbər verir ki, müğənni Nura Surinin sonbeşiyi Davud Suri də bu yarışda fəal iştirak edənlər arasında olub. 5-6 yaş arası keçirilən imüsabiqədə Davud 24 kq çəki üzrə birinciliyə sahib olub.
Nura xanımın ikinci oğlu Möhsün Suri də 15 yaşlı yeniyetmələr arasında qalib olaraq, medala sahib çıxıb. Xatırladaq ki, Möhsün də eyni adlı idman növü ilə məşğul olur.
Hər zaman övladlarının uğuruna sevinən Nura xanıma gözaydınlığı verir, balaca Davudun ölkəmizin bayrağını daima uca zirvələrdə dalğalandırmasını arzulayırıq!
Hazırladı: Könül Aypara















































.jpg)














































