Telli Orucqızından daha bir hit - "Sevgi əsiri"
Gənc şairənin daha bir uğuru
Gənc yazar Telli Orucqızıya məxsus daha bir şeir lentə köçürülüb. Belə ki, müğənni-bəstəkar Elvin Abdullayevlə işbirliyi quran Tellinin yeni layihəsi hazır olub. Elvinin ifasında "Sevgi əsiri" adlı mahnıya tezliklə klip də çəkiləcəyi planlaşdırılır.
"Elvinlə işbirliyimiz davam edəcək. Onun dəst-xəttinə hörmətlə yanaşıram və hazırladığı mahnıların tamaşaçılar tərəfindən sevilməsinə sevinirəm", - deyə Mediainfo.az-a açıqlama verən Telli Orucqızı şeirlərinin lentlərə həkk olunmasından qurur duyduğunu da gizlətmədi.
Xatırladaq ki, Elvinlə Tellinin ərsəyə gətirdiyi ilk bəhrə Günay İbrahimlinın ifasında səslənib.
Telli Orucqızıya uğurlar arzulayır, daha yüksək zirvələri fəth etməsini diləyirik!
Hazırladı: Könül Aypara
Digər xəbərlər




















































.jpg)









































