Ell və Niki Avropanın populyar festivalına dəvət alıblar

Ell və Niki Avropanın populyar festivalına dəvət alıblar

4 İyul 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Eldar və Nigar Avropanı və Türkiyəni fəth etməkdə davam edir. Məlumata görə, "Eurovision 2011" Mahnı Müsabiqəsinin qalibləri Türkiyənin və Avropanın ən böyük festivalı sayılan "Ereyli" festivalına dəvət alıblar. Onlar 8-9-10 iyul tarixlərini əhatə edən festival proqramında 10 iyulda çıxış edəcəklər. Bu il düzənlənəcək festivalın ən çox diqqət çəkən sənətçiləri bunlardır; Ajda Pekkan, Emre Aydın, Cəza, Gecə, Sıla, Yüksək Sadakat, Şəbnəm Fərah və "Eurovision" qalibləri Eldar və Nigar. Festivala dəvət olunan sənətçilər Ereyli bələdiyyəsinin apardığı sorğu nəticəsində müəyyən edilir.

Qeyd edək ki, Qara dənizin ən gözəl guşəsində yerləşən Ereylidə "Sevgi, Sülh, Dostluq Festivalı 2011"-in bu il də rəngarəng keçəcəyi gözlənilir. Festivala hər il yüz minlərlə insan qatılır.
Bu il Ereyli bələdiyyəsi qürbətdə yaşayan və festivala qatıla bilməyənlər üçün internet vasitəsilə canlı yayım xidməti verməyə çalışacaq.

Ereyli sözünü nədənsə birinci dəfə əliəyri kimi oxudum. Təki başqaları elə oxumasın...

Günel Həbib

O.M.